Qurban Qurbanov müqəddəs məkanda

Qurban Qurbanov müqəddəs məkanda
Eksklüziv
13 İyun 2018 - 22:42
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın və milli komandanın baş məşqçisi Qurban Qurbanov yığmanın latışlarla yoldaşlıq oyununun ardından vətənə qayıtmayıb.

Mütəxəssis Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yollanıb. Q.Qurbanov Kiçik Həcc hesab edilən Ümrə ziyarətinə gedib. Buna görə "Qarabağ"ın futbolçularına iki gündür hazırlığı baş məşqçinin köməkçiləri keçirir.

Qeyd edək ki, Həcc ziyarəti məlum olduğu kimi fiziki, maddi və bir sıra digər şərtləri yerində olan müsəlmanlara ömründə bir dəfə də olsa yerinə yetirmələri vacib olan bir ibadətdir. Bu zaman müsəlmanlar Məkkədə müqəddəs məkanları ziyarət edir, ibadət və xüsusi ayinləri yerinə yetirirlər. Həcc ziyarəti ildə yalnız bir dəfə Zilhiccə ayında yerinə yetirilir.

Ümrə əməlləri isə ilin istənilən vaxt yerinə yetirilə bilər. Ümrə vacib deyil, sadəcə Allah evini ziyarət niyyəti ilə edilir. Ancaq Ümrə ziyarətinin də özünəməxsus əməlləri var və ziyarət niyyəti edən şəxs bu əməlləri ardıcıllıqla, mükəmməl şəkildə icra etməlidir. Daha sonra isə müsəlmanlar bir qayda olaraq Mədinəyə gedərək, İslam Peyğəmbəri - Məhəmməd (s.ə.s) məzarını ziyarət edir, namaz qılır.

Digər xəbərlər