"Neftçi" Rəşadı da transfer etdi

"Neftçi" Rəşadı da transfer etdi
Futbol
12 İyun 2018 - 12:30
"Neftçi" daha bir transferini rəsmiləşdirib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.
R.Eyubov ötən mövsümü "Sumqayıt”ın heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Xatırladaq ki, "Neftçi” bundan əvvəl  müdafiəçi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə müqavilə imzalayıb.

Digər xəbərlər