Riçard Almeyda "Qarabağ"dan ayırlacağını dedi - Video

Riçard Almeyda "Qarabağ"dan ayırlacağını dedi - Video
Futbol, Video
22 May 2018 - 03:33
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda oyundan sonra fikirlərini bölüşüb.
Supersport.Az-ın məlumatına görə, millimizin də şərəfini qoruyan braziliyalı futbolçu Ağdam klubundan ayrılacağına işarə vurub:
"Burada keçirdiyim illər ərzində yalnız xoş xatirələr qalıb. Komandama təşəkkür edirəm. Bu, "əlvida" deyil, "hələlik"dir".
İtaliyanın "Fiorentina" klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirən Ricarda, hələ heç nəyin dəqiqləşmədiyini söyləyib.
"Legioner karyerası yaşasan, milliyə dəvət göndərilsə, gələcəksən" sualına Almeyda belə cavab verib: "Qurban müəllim mənə nə vaxt dəvət göndərsə, gələcəm".
Riçard "Azərbaycanda sənə qarşı doğma münasibəti bəsləyirlər, bəs səndə necədir” sualını belə cavablandırıb: "Həm mən, həm də həyat yoldaşım özümüzü burada yad hiss etmirik. Mən də sizə qarşı doğmalıq hiss edirəm".
Millimizin üzvü Ağdam klubundan ayrılmağa qərar verməsinin səbəbini belə izah edib: “Futbolçu həyatı belədir ki, hərdən dəyişikliyə ehtiyac yaranır. Atamla danışdıq və klubumu dəyişməyə qərar verdim. Gedişimdə maddi məsələ rol oynamadı".

Digər xəbərlər