Federiko "Kəpəz"dən getdi

Federiko "Kəpəz"dən getdi
Futbol
21 May 2018 - 13:59
"Kəpəz"dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gəlib.

Klubdan Supersport.Az-a verilən məlumata görə, Gəncə təmsilçisi qış fasiləsində transfer etdiyi Dario Federiko ilə yollarını ayırıb. Braziliyalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Futbolçunun dünən "Neftçi" ilə oyunda meydana kapitanlıq sarğısı ilə çıxması da bununla bağlı imiş. Yunis Hüseynov komandanı kapitan kimi tərk etmək istəyən Federikonun istəyini geri çevirməyib.

Qeyd edək ki, Dario 2015-2017-ci illər mövsümündə də "Kəpəz"in formasını geyinib.

Digər xəbərlər