4 il sonra milliyə dəvət aldı

4 il sonra milliyə dəvət aldı
Futbol
20 May 2018 - 14:54
İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini yığmanın BƏƏ, Fransa və Hollandiya ilə yoxlama oyunları üçün heyəti açıqlayıb.

 

Supersport.Az xəbər verir ki, Mançini cari mövsümü Fransanın "Nitsa" klubunda keçirən Mario Balotelliyə də dəvət yollayıb. 27 yaşlı forvard 4 illik fasilədən sonra milliyə çağırılıb.
Qeyd edək ki, Balotelli cari mövsümdə 36 oyunda 26 qol vurub. Mario millidə 33 oyuna 13 qol vurub.

Digər xəbərlər