Cengiz Ündər: "Mən də Totti kimi əfsanə olaram"

Cengiz Ündər: "Mən də Totti kimi əfsanə olaram"
Futbol
20 May 2018 - 15:12
Supersport.Az-ın məlumatına görə, "Roma"nın türk futbolçusu Cengiz Ündər klubun əfsanəsi Françesko Tottiyə bənzəmək istədiyini bildirib.

"Mənim üçün bu mövsüm xüsusi oldu. "Başakşehir"dən "Roma"ya keçməyim ən doğru qərar idi. Burada olduğum üçün özümü xoşbəxt hesab edirəm. İkinci dövrədən sonra komanda yoldaşlarımla çox yaxşı anlaşdıq. Buna görə 8 qol vura bildim. Türkiyə və İtaliya çempionatı çox gərgindir. "Roma"da intizama xüsusi diqqət yetirilir.

Totti ayrılmamış 10 dəfə izləmişəm. Onu klubda hər dəfə gördüyüm zaman həyəcanlanıram. Totti kimi olmaq istəyirəm. Ümid edirəm ki, onun kimi çox böyük əfsanə olaram".

Digər xəbərlər