Fuad Muradovdan İsveçdəki idmançımıza dəstək

Fuad Muradovdan İsveçdəki idmançımıza dəstək
Digər, Eksklüziv, Gimnastika
19 May 2018 - 23:27
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov xaric ölkələrdə yaşayan və uğur qazanan idmançılarımıza xüsusi diqqət yetirir.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, İsveçdə yaşayan azərbaycanlı Kənan Hacıəkbəroğlunun övladı İsmayıl Rüstəmlinin gimnastika üzrə İsveç Kubokunda uğurlu çıxışından xəbər tutan sədr, idmançıyla telefon əlaqəsi saxlayıb.

F.Muradov İ.Rüstəmliyə zəng edərək, təbrikini çatdırıb.

Bu barədə Supersport.Az-a idmançının atası K.Hacıəkbəroğlu məlumat verib:

"Fuad bəy, İsmayıla təbrikini çatdırdı, Azərbaycan bayrağı altında çıxışı etməsinin və uğurlar qazandırmasının vacibliyini bildirdi. Sədrin bu addımını yüksək qiymətləndirir və diqqətinə görə dərin təşəkkür edirik".

Qeyd edək ki, 12 yaşlı İ.Rüstəmli İsveç çempionu olmaqla yanaşı, ölkə kubokunda üçüncü olub. Azərbaycanlı gimnast adıçəkilən dövlətin yığmasına dəvət alıb. 

Digər xəbərlər