Buffon təklif aldı

Buffon təklif aldı
Futbol
19 May 2018 - 16:22
Supersport.Az-ın məlumatına görə, "Yuventus"dan ayrılacağını bəyan edən, lakin karyerası ilə bağlı yekun qərar verməyən Canluici Buffon üçün yeni iddia ortaya atılıb.

Fransanın PSJ klubu 40 yaşlı əlcək sahibinə 2 illik təklif göndərib. Ona illik məvacib 8 milyon avro təklif olunub. Buffon qərarını növbəti həftə verəcəyini bildirib.

Qeyd edək ki, italiyalı qolkiper "Yuventus"da 655 oyun, İtaliya yığmasında 176 oyun keçirib.

Digər xəbərlər