Mişel Platinidən saxtakarlıq etirafı: "Püşkdə hiylə işlətmişdik"

Mişel Platinidən saxtakarlıq etirafı: "Püşkdə hiylə işlətmişdik"
Futbol
18 May 2018 - 21:26
Supersport.Az-ın məlumatına görə, UEFA-nın keçmiş prezidenti Mişel Platini şok effekti yaradan açıqlama verib.

Fransız futbol adamı, 1998-ci ildə ölkəsində keçirilən Dünya Kubokunda püşkatmadan əvvəl hiylədən istifadə olunduğunu etiraf edib. 62 yaşlı Platini finala qədər Fransa və Braziliyanın qarşılaşmaması üçün belə addım atıldığını bildirib.

Dünya Kubokunda Braziliya "A" qrupunu, Fransa "C" qrupunu lider olaraq başa vurmuşdu.

Bu iki komandanın final qarşılaşmasında fransızlar "sambaçılar"ı 3 qolla məğlub edərək dünya çempionu olmuşdular.

2015-ci ildə FİFA-da rüşvət qalmaqalına görə Platini 4 il futboldan qovulub.

Digər xəbərlər