UEFA Bakı finalının biletini Rövnəq Abdullayevə təqdim etdi - Foto

UEFA Bakı finalının biletini Rövnəq Abdullayevə təqdim etdi - Foto
Futbol, Foto
17 May 2018 - 03:13
Avroliqanın finalında keçirilən “Marsel” - “Atletiko” oyunundan öncə Fransanın Lion şəhərində, “Stade de Lyon” stadionunda UEFA-nın prezidenti Aleksander Çeferin Avroliqa turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final matçının ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

Digər xəbərlər