Millimiz Gürcüstana uduzdu

Millimiz Gürcüstana uduzdu
Futbol
16 May 2018 - 21:38
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

Supersport.Az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.

Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.


Yoldaşlıq oyunu

16 may

19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2
Qollar:
 Ziya Əzizov, 66,  - David Muciri, 79, David Samurkasovi, 83

Digər xəbərlər