Rəşad Sadıqov milliyə 25 futbolçu çağırdı

Rəşad Sadıqov milliyə 25 futbolçu çağırdı
Futbol
12 May 2018 - 19:00
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mayın 12-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin baş məşqçisi Rəşad Sadıqov toplanışa aşağıda adları qeyd olunan 25 oyunçunu dəvət edib:

Şahin Zakiyev, Emin Əliyev, Rafael Məhərrəmli, Təbriz Xubanov, Ceyhun Muxtarlı (hamısı "Keşlə"), Hüseynəli Quliyev ("Səbail"), Kamran İbrahimov, Anton Krivosyuk, Əli Şirinov, Qadir Bayramlı (hamısı "Neftçi"), Amin Seydiyev, Faiq Hacıyev, Xəyal Əmirli, Faiq Hacıyev (hamısı "Qəbələ"), Ricat Qarayev ("Sabah"), Ziya Əzizov ("Den Boş", Hollandiya), İsmayıl İbrahimli (MOİK), Ruslan Hacıyev, Nicat Süleymanov, Famil Camalov (hamısı "Qarabağ"), Tural Bayramlı, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Fərid Nəbiyev ("Şevardeni-1906", Gürcüstan), Ozan Can Kökcü ("Valveyk", Hollandiya), Kamran Əliyev ("Ximki", Rusiya)

Digər xəbərlər