Hacı Əliyevin çempionluğu, səcdəsi - Video

Hacı Əliyevin çempionluğu, səcdəsi - Video
Digər, Güləş, Video
05 May 2018 - 23:02
Rusiyada güləş üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizin uğurlu çıxışı davam edir. 

Supersport.Az-ın məlumatına görə, beşinci yarış günündə 57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan təmsilçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. O, son görüşündə Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş həmyerlimizin qalibiyyəti və qızıl medalı qazanması ilə nəticələnib.

Digər xəbərlər