Hakimlərimiz Avropa çempionatında ölkəmizi uğurla təmsil edir / FOTO

Hakimlərimiz Avropa çempionatında ölkəmizi uğurla təmsil edir / FOTO
Digər, Güləş
05 May 2018 - 19:06
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Çempionatda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edir. Eyni zamanda, Azərbaycan çempionatın idarə edilməsində 3 hakimlə təmsil olunur.

Belə ki, I-S kateqoriyalı hakimlər Hicran Şərifov və İntiqam Alıyevlə yanaşı, I kateqoriyalı hakim Asif Şirəliyev görüşlərin idarə edilməsində iştirak edir, ədaləti qoruyur.

Hakimlərimiz arasında ən təcrübəlisi Hicran Şərifovdur. O, üç Olimpiya Oyunlarında hakimlik edən yeganə güləş hakimidir və 2012-ci il London Yay Olimpiya Oyunlarında "Qızıl Fit" mükafatına layiq görülüb.

İntiqam Alıyev isə, ötən il keçirilmiş nəzəri və praktiki imtahanlardan uğurla keçərək I-S kateqoriyasına yüksəlib.

Asif Şirəliyev həm də I-S kateqoriyasını almaq üçün imtahanda iştirak edir. İmtahandan uğurla keçəcəyi təqdirdə Azərbaycanın 3 nəfər I-S (Olimpiya) kateqoriyalı hakimi olacaq.

Digər xəbərlər