İlk gündə uğursuzluq

İlk gündə uğursuzluq
Digər, Cüdo
26 Aprel 2018 - 22:42
İsrailin Tel-Əviv şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

Supersport.Az-ın məlumatına görə, yarışın ilk günü idmançılarımız üçün uğursuz olub. Cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. Xorvatiya, İsrail, Portuqaliya təmsilçilərinə qalib gələn Orxan yarımfinalda Sloveniya, 3-cü yer uğrunda görüşdə isə Belarus cüdoçusuna uduzaraq 5-ci yeri tutub. Bu çəkidə yarışan digər idmançımız Nicat Şıxəlizadə isə qitə çempionatında 7-ci yerdə qərarlaşıb. Yarışın ilk günündə mübarizə aparan qadın cüdoçularımız isə ilkin mərhələdə rəqiblərinə məğlub olublar. Digər çəki dərəcələrində yarışan millimizin üzvləri görüşlərini aprelin 27-i və 28-də keçirəcəklər.

Digər xəbərlər