"Qarabağ"dan 6-cı çempionluq

"Qarabağ"dan 6-cı çempionluq
Futbol
22 Aprel 2018 - 20:58
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, 2-ci oyun günündə 3 qarşılaşma keçirilib.

Əvvəlcə “Səbail” “Kəpəz”i qəbul edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Digər matçda lider "Qarabağ" "Sumqayıt"ın qonağıdır. Qurban Qurbanovun komandası "Sumqayıt”ı məğlub edərək 2017/18 mövsümünün qalibi adını qazanıb. Bu, Ağdam klubunun ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu olub.

Avrokuboklar uğrunda mübarizə aparan komandalar - "Neftçi" və "Qəbələ" 8-ci kilometr qəsəbə stadionunda üz-üzə gəlib. Matç bakılıların minimal qələbəsi ilə yekunlaşıb.

22 aprel (bazar)

19:00. “Sumqayıt” – “Qarabağ” - 0:1


Qol: Dani Kintana, 34

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
Sumqayıt Şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ” - 1:0


Qol: Ruslan Abışov, 4

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
8-ci km qəsəbə stadionu

17:00. “Səbail” – “Kəpəz” - 1:1


Qol: Dario Federiko, 19 (0:1) Faruk Miya, 24 (1:1),

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
“Bayıl Arena”





























































































NKlublarOQHMT-FX
1Qarabağ24185134-859
2Qəbələ24126637-2442
3Sumqayıt24116731-2639
4"Neftçi"24114931-2337
5"Zirə"2498730-2635
6Keşlə24561322:3721
7Səbail24551416:3320
8Kəpəz24341715:3913

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol

 

 

 

 

 

 

 

 

Digər xəbərlər