Eksklüziv - "Beşiktaş"ın prezidenti "Qarabağ"la oyunun vaxtını açıqladı - Video

Eksklüziv - "Beşiktaş"ın prezidenti "Qarabağ"la oyunun vaxtını açıqladı - Video
Futbol, Eksklüziv, Video
21 Aprel 2018 - 17:36
Supersport.Az-a müsahibəsində Bakıda səfərdə olan "Beşiktaş"ın prezidenti Fikrət Orman "Qarabağ"la yoldaşlıq oyunu keçirəcəklərini bildirib.

"Azərbaycan - Türkiyə qardaş ölkədir" deyən klub rəhbəri, faydalı addımlar atılacağını söyləyib.

"Beşiktaş"ın prezidenti, "Qarabağ"la qarşılaşmanın vaxtını açıqlayıb:

"Azərbaycan komandalarıyla dostluq matçı keçirməyi çox istəyirik. "Beşiktaş" "Qarabağ"la yoldaşlıq oyununda qarşılaşmaq üçün səylə çalışır. Hər iki tərəf bu matçın keçirilməsini çox arzulayır. Bəzi səbəblərdən yoldaşlıq oyunu baş tutmayıb. İnşAllah sentyabrda "Beşiktaş"ın "Qarabağ"la Bakıda dostluq matçı keçirməyini planlaşdırmışıq".

"Qarabağ" - "Beşiktaş" oyunun sentyabrın 15-də keçirilməsi nəzərdə tutulub.


 

 

Digər xəbərlər