Türkiyə futbolunda rəzalət: Şenol Günəşin qanı töküldü - Foto

Türkiyə futbolunda rəzalət: Şenol Günəşin qanı töküldü - Foto
Futbol, Foto
20 Aprel 2018 - 00:05


Supersport.Az-ın məlumatına görə, Türkiyə Kubokunun yarımfinal mərhələsində "Fənərbağça" - "Beşiktaş" cavab oyunu təxirə salınıb. Buna səbəb qarşılaşma zamanı baş verən xoşagəlməz məqamlardır. Hər iki komandanın futbolçuları arasında dava düşüb. İkinci hissə aləm qarışıb. 47-ci dəqiqədə Medellə Valbuena arasında gərginlik olub. Ardından "Beşiktaş"ın ehtiyat qolkiperi Tolqa Zəngin azarkeşlə mübahisə edib. Baş məşqçi Şenol Günəş ora gedəndə kənardan atılan bərk cismlə vurulub. Bundan sonra hər iki komandanın futbolçuları arasında qalmaqal baş verib. Tuneldə də ara qarışıb. Polis futbolçuları sakitləşdirib. İlk hissənin 30-cu dəqiqəsində Pepe Jozefə etdiyi kobud hərəkətə görə meydandan qovulub.


Meydana daş atan yerli azarkeşlər "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başını yarıb və xəstəxanada 5 tikiş vurulub.

Türkiyə Futbol Federasiyası gələn həftənin əvvəli bu oyunla bağlı qərar verəcək. Birinci variant "Fənərbağça"ya məğlubiyyət verilib "Beşiktaş"ın finala yüksəlməsi ilə bağlı ola bilər. Digər qərar, oyun yenidən qaldığı yerdən davam etdirilə bilər.
















































Digər xəbərlər