Tərlan Əhmədovdan istefa açıqlaması

Tərlan Əhmədovdan istefa açıqlaması
Futbol
19 Aprel 2018 - 21:46
"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə oyundan (1:3) sonra açıqlama verib.

Supersport.Az-ın məlumatına görə, o, komanda Avropa Liqasında vəsiqə qazanmasa, istefa verəcəyini deyib:

"İstəyirəm ki, komanda yaxşı olsun. Məğlub olmuşuqsa, unutmalıyıq. Səhvlərimizi təhlil etməliyik. Çempionata köklənməliyik. Qışdan əvvəl komandada ruh düşkünlüyü var idi. Ancaq bunu aradan qaldırmışdıq. Komanda özünü motivasiya edə biləcək. Futbolçular bu vəziyyətdən çıxa bilərlər.
Ruslan Abışovu penaltiyə səbəb olan epizoddan sonra əvəzləmək doğru olmazdı. Səhvsiz insan yoxdur. Yığma üzvüdür. Səhv edibsə, dəstək olmaq lazımdır. Bir oyunla hər şey bitmir. Qarşıda 5 oyun var. Onu uzun futbol həyatı gözləyir. Belə anda ona davam etməyi lazım bildim.
Avrokuboklara vəsiqə qazanmasaq, istefa verəcəm".

Digər xəbərlər