"Keşlə" və "Qəbələ" finalda

"Keşlə" və "Qəbələ" finalda
Futbol
18 Aprel 2018 - 21:53
Supersport.Az-ın məlumatına görə, bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

İki oyunla finalçılar müəyyənləşib.

Sumqayıt” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. İlk matçda 1:0 hesabı ilə qalib gələn "Keşlə" bu nəticə ilə finala adlayıb.

Digər qarşılaşmada "Neftçi" "Qəbələ"ni sınağa çəkib. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb.

Ölkə kubokunun finalı 28 mayda keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel


20:00. "Neftçi" - "Qəbələ" 1-3


Qollar: Soni Mustivar 10 - Baqali Dabo 20, 30, Cavid Hüseynov 61-pen.

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Bakı. 8-ci km stadionu.
İlk oyun - 2:1.

17:00. "Sumqayıt" - "Keşlə" 1-1


Qollar: Cavid İmamverdiyev 64 - Sezar Meza Kolli 62

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
“Kapital Bank Arena”
İlk oyun - 0:1

 

Digər xəbərlər