"Azərbaycanlılarla oyun yaxşı imtahan olacaq"

"Azərbaycanlılarla oyun yaxşı imtahan olacaq"
Futbol
18 Aprel 2018 - 15:09
Supersport.Az-ın məlumatına görə, Azərbaycan yığmasıyla yoldaşlıq oyunu keçirəcək Qazaxıstan milli komandasının baş məşqçisi Stanimir Stoilov fikirlərini bildirib.

"Qazaxıstan Futbol Federasiyası ən yaxın oyunumuzu evdə keçirmək üçün çox səy göstərdi. Millətlər Liqasında ilk qarşılaşmanı doğma divarlarda keçirəcəyimizdən istəyirdik rəqibimizi burada qəbul edək. Azərbaycan yığmasını təsadüfən seçməmişik. Bu komanda Millətlər Liqasında ilk rəqibimiz olacaq Gürcüstan yığmasına oxşar oyun göstərir. Rəqibi ağılla seçmək lazlmdır. Azərbaycanlılarla oyun yaxşı imtahan olacaq. Bu komanda son vaxtlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı oyun nümayiş etdirir. Həm də komandanın sükanı arxasında təcrübəli məşqçisi var. Bir faktı da qeyd edim ki, son illərdə Azərbaycan klub futbolu bütün parametrlərdə daha da yaxşılaşıb".

Xatırladaq ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 5-də Astanada keçiriləcək.

Digər xəbərlər