Rəşad Sadıqov: "Bunu da bacardıq"

Rəşad Sadıqov: "Bunu da bacardıq"
Futbol
16 Aprel 2018 - 10:42
Supersport.Az-ın məlumatına görə, premyer liqanın 23-cü turunda "Kəpəz"ə qalib gələn "Qarabağ"ın kapitanı Rəşad Sadıqov oyunu dəyərləndirib.

"Bizim üçün qələbə qazanmaq vacib idi. Bunu da bacardıq. Gəncədəki oyunlar hər zaman ağır keçir. “Kəpəz” istər iddialı olsun, istərsə də turnir cədvəlində sonuncu pillədə olsun. Bu da gərgin matçlarımızdan biri idi. Yaxşı oyun keçdi. Oyuna, topa nəzarət edirdik, amma rəqibin standart vəziyyətlərində çətinlik yaşayırdıq. Bu qələbə münasibəti ilə həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm".

Digər xəbərlər