İngiltərədə erkən çempionluq - Foto

İngiltərədə erkən çempionluq - Foto
Futbol
16 Aprel 2018 - 08:48
Supersport.Az-ın məlumatına görə, İngiltərə çempionatının başa çatmasına 5 tur qalmış "Mançester Siti" birinci olub.
"Mançester Yunayted"in "Vest Bromviç"ə məğlub olması premyer liqanın qalibini müəyyənləşdirib. Çempion komanda 33 turda 28 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə 87 xal toplayıb. İspan mütəxəssis Pep Qvardiola komandaya üçüncü çempionluğu qazandırıb. Tanınmış məşqçi, İspaniya, Almaniyanın ardından İngiltərədə də birinci olub.
"Tottenhem" 3:1 qalib gələn "Mançester Siti" oyun çoxluğuyla liqa ikincisi "qırmızı şeytanlar"la xal fərqini 16-ya çatdırmışdı.

Digər xəbərlər