Azərbaycandan daha bir idmançı getdi - Foto

Azərbaycandan daha bir idmançı getdi - Foto
Digər, Eksklüziv, Güləş, Foto
14 Aprel 2018 - 21:33
Supersport.Az-ın əldə etdiyi məlumata görə, ölkəmizdən daha bir idmançı ayrılmağa qərar verib.

Söhbət tanınmış pəhləvan, Yunan-Roma güləşi üzrə üçqat Avropa çempionu Elçin Əliyevdən gedir. O, Azərbaycanı Türkiyəyə dəyişib.

Türkiyənin "Bursa Böyükşəhər Bələdiyəspor" klubunda çıxış edəcək. Soyadını dəyişən güləşçi, bundan sonra Elçin Əli kimi mübarizə aparacaq.

Qeyd edək ki, E.Əliyev milli komandamızın şərəfini qoruyarkən saqqal məsələsinə görə Azərbaycan Güləş Federasiyası ilə aralarında xoşagəlməz məqamlar baş vermiş və idmançı yığmadan kənarlaşdırılmışdı.     

Digər xəbərlər