Kikboksinq Federasiyasında yeni təyinat

Kikboksinq Federasiyasında yeni təyinat
Kikboks, Digər
13 Aprel 2018 - 17:01
Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat olub.

Supersport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Aydın Əhmədov AKF-nin peşəkarlar üzrə vitse-prezidenti vəzifəsini icra edəcək.

AKF-nin prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində bu cür təyinatlar gələcəkdə də olacaq: “Sıralarımız genişlənir. “Euro Fight” klubunun direktoru Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olana marağı artırmaqdır”.

Qeyd edək ki, Aydın Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridir.

Digər xəbərlər