"Kobra" dünya kəməri uğrunda döyüşə çıxacaq

"Kobra" dünya kəməri uğrunda döyüşə çıxacaq
Kikboks, Digər
12 Aprel 2018 - 17:32
"Qəbələ" idman klubunun idmançısı, Əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu "Kobra" ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq.

Supersport.Az xəbər verir ki, P.Abdullayev aprelin 20-də Moskvada keçiriləcək mötəbər "ACB KB 15" turnirində 77 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq.

Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq.

Digər xəbərlər