Qurban Qurbanov: "Çempionatda daha sərt mübarizə olmalıdır" - Video

Qurban Qurbanov: "Çempionatda daha sərt mübarizə olmalıdır" - Video
Futbol, Video
08 Aprel 2018 - 13:08
Supersport.Az Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə "Səbail"i məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun açıqlamasını təqdim edir.

"Vacib 3 xal qazandıq. 4-cü dövrəyə qələbəylə başlamaq istəyirdik. “Səbail” bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram" deyən mütəxəssis, oyunun tempindən narazı qaldığını deyib:
"Əlbəttə, avrokuboklarda sürət daha çoxdu, temp daha artıqdı. Həmçinin, daha sərt mübarizə gedir. İlk hissədə oyunun tempi yüksək idi. İkinci hissədə temp bir qədər aşağı düşdü. Lakin dediyim kimi, ilk hissədəki tempdən, sürətdən razı qaldım. Ancaq bu fikirlə razıyam ki, avrokuboklar üçün temp daha artıq olmalıdır".

Digər xəbərlər