"Kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi" - Rəşad Sadıqov

"Kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi" - Rəşad Sadıqov
Futbol
23 Mart 2018 - 19:00
"Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq”.

Supersport.Az-ın AFFA-nın Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirilən səfər oyunundan sonra deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanacaq.

Digər xəbərlər