“Neftçi” “Autizmlilər”i ziyarət etdi

“Neftçi” “Autizmlilər”i ziyarət etdi
Digər
22 Mart 2018 - 22:02
"Neftçi” PFK-nın rəhbərliyi, məşqçi və futbolçu heyəti "Autizmlilər” İdman Klubu İctimai Birliyini ziyarət edib.

Supersport.Az xəbər verir ki, autizmli uşaqlar və onların müəllimlərinə, eyni zamanda klubun rəhbərliyinə Novruz bayramı münasibətilə "Neftçi” PFK adından təbriklər çatdırılıb.

Tədbirdə iştirak edən "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev bayram günlərində baş tutan ziyarətdən məmnunluq ifadə edib, kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra "Neftçi” komandasının üzvləri uşaqlarla birgə yaşıl meydanda futbol oynayıb, qapıya zərbələr vurublar.

Tədbirin sonunda "Autizmlilər” İdman Klubu İctimai Birliyinin sədri Elnur Məmmədli "Neftçi” PFK-ya diqqətə görə təşəkkür edib.

Digər xəbərlər