Messidən vida siqnalı

Messidən vida siqnalı
Futbol
20 Mart 2018 - 22:06
İki il əvvəl "Copa America"nın finalından sonra milli komandadan ayrılmağa qərar verən, ardından fikrini dəyişən Lionel Messi növbəti dünya çempionatı başa çatanda qəti addım atacağını bildirib.

Ulduz futbolçu, "Dünya Kubokunu qazanmasaq, millidən birdəfəlik gedəcəyəm" ismarıcını verib.

"Barselona" ilə bütün uğurları qazanan Messi, son dünya çempionatının finalında Argentina Almaniyaya 0:1 hesabı ilə məğlub olduğu üçün əsas arzusuna çatmamışdı.

Xatırladaq ki, 2015 və 2016-cı il "Copa America"nın finallarında Argentinanın Çiliyə uduzmasının ardından təcrübəli futbolçu yığmadan getməyə qərar vermişdi. Lakin Messi təkidlərdən sonra fikrini dəyişib.

 

Digər xəbərlər