Mariya Stadnik beynəlxalq turnirdə iştirak edəcək

Mariya Stadnik beynəlxalq turnirdə iştirak edəcək
Digər, Güləş
16 Mart 2018 - 11:12
Supersport.Az xəbər verir ki, 22-25 mart 2018-ci il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək. Yunan-Roma və qadın güləşi üzrə yığma komandamız üzvləri turnirdə iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaq.

Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Digər xəbərlər