Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq

Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq
Futbol, Eksklüziv
06 Mart 2018 - 21:14
Supersport.Az-a daxil olan xəbərə görə, Azərbaycan Premyer Liqasında klubların sayı artırıla bilər.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun milli komandaya əsas çalışdırıcı təyin edildikdən sonra ilk olaraq AFFA və PFL rəhbərliyinə futbolun səviyyəsinin qalxması üçün komandaların çox olmasının vacibliyini çatdırdığı bildirilir.

İştirakçı klublar 10 və ya 12-yə atırıla bilər. PFL prezidenti Ramin Musayevin bununla bağlı ciddi narahat olduğu, hətta "8 komandayla çempionat olmaz" dediyi bildirilir.

 

 

Digər xəbərlər