"Turan Tovuz"la "Xəzər Lənkəran" premyer liqaya qaytarıla bilər

"Turan Tovuz"la "Xəzər Lənkəran" premyer liqaya qaytarıla bilər
Futbol, Eksklüziv
06 Mart 2018 - 16:35
Supersport.Az-ın əldə etdiyi məlumata görə, vaxtilə futbolumuzda özünəməxsus yeri olan iki klubun yenidən premyer liqada iştirakı nəzərdə tutulur.

Futbolun vəziyyətinin bölgələrdə biabırçı durumda olması səbəbindən daim tənqid hədəfində olan AFFA ilə PFL, "Turan Tovuz"la "Xəzər Lənkəran"ı elitaya qaytarmaq istəyir. Tovuz təmsilçisi 26 illik tarixində ölkə çempionatının qızıl, gümüş və bürünc medallarını qazanıb. Səkkiz ildir ki, Premyer Liqa "Turan"sız keçirilir. Ötən mövsüm Tovuz klubu birinci liqada uğurlu çıxış edib elitaya vəsiqə qazansa da, premyer liqaya buraxılmadı.

"Xəzər Lənkəran"a gəlincə, 2004-cü ildə təsis olunan klubun əsas komandası 2016-da dağılıb. Lənkəran klubu bir dəfə çempion, üç dəfə ikinci olub, üç dəfə ölkə, bir dəfə "Birlik" kubokunu və Superkuboku qazanıb.

"Xəzər Lənkəran"ın hazırda aşağı yaş qrupunda komandaları mübarizə aparır.

AFFA iki bölgənin təmsilçisinin elitada iştirakını istəsə, Lənkəran klubunun əsas komandası yenidən qurulacaq, birinci liqada çıxış edən "Turan Tovuz" da yeni mövsüm premyer liqada mübarizə aparacaq.

Digər xəbərlər