Premyer Liqada AFFA-nın komandaları qarşılaşacaq

Futbol
06 Mart 2018 - 11:02
Azərbaycan Premyer Liqasında 19-cu tura martın 9-da start veriləcək.

Supersport.Az-ın məlumatına görə, turun oyunlarının iki gün ərzində keçirilməsi nəzərdə tutulub.

Mərkəzi matçda lider "Qarabağ" 3-cü pillədəki "Zirə"ni sınağa çəkəcək.

"Qəbələ" Gəncədə "Kəpəz"in qonağı olacaq.

Turun digər oyunlarında isə AFFA-nın maliyyələşdirdiyi komandalar qarşılaşacaq: "Keşlə" - "Neftçi", "Səbail" - "Sumqayıt".

Azərbaycan Premyer Liqası, 19-cu tur

9 mart

"Kəpəz" - "Qəbələ"

"Keşlə" - "Neftçi"

10 mart

"Qarabağ" - "Zirə"

"Səbail" - "Sumqayıt"

Digər xəbərlər