Avropa Kubokundan 5 medalla

Avropa Kubokundan 5 medalla
Digər, Cüdo
05 Mart 2018 - 23:11
Antalyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kuboku başa çatıb.

Supersport.Az-ın məlumatına görə, beynəlxalq turnirin son günü millimiz aktivinə daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində İbrahim Ağakişiyev(81 kq), Yaqub İsmayılzadə(90 kq) və Toğrul Salmanov(+90 kq) yalnız final görüşündə uduzaraq gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə millimizin üzvləri Vüsalə Kərimova qızıl, Səbinə Əliyeva isə bürünc medala layiq görülüb.

Digər xəbərlər