UEFA AFFA-ya 14,1 milyon avro ayırdı

UEFA AFFA-ya 14,1 milyon avro ayırdı
Futbol, Eksklüziv
27 Fevral 2018 - 15:20
Supersport.Az-ın məlumatına görə, UEFA-nın "HatTrick V” inkişaf layihəsi çərçivəsində milli federasiyalara ayıracağı məbləğ məlum olub.
Avropa futbol qurumunun Slovakiyanın paytaxtı Bratislavada keçirilən konqresində belə qərar qəbul olunub.


2020-2024-cü illərdə bu proqram çərçivəsində federasiyalara 775,5 milyon avro ayıracaq. Hər federasiya 4 il ərzində 14,1 milyon avro (29 milyon 514 min 120 manat) alacaq. UEFA-nın üzvü olan AFFA-ya da eyni məbləğ veriləcək.

Digər xəbərlər