Reynaldonun yeni komandasında qələbəsi

Reynaldonun yeni komandasında qələbəsi
Futbol
13 Fevral 2018 - 23:42
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstanın "Aktobe" klubuna keçib. 

Hazırda baxışda olan braziliyalı hücumçu özünü yaxşı tərəfdən göstərəcəyi halda onunla müqavilə imzalanacaq. Reynaldonun da iştirak etdiyi qarşılaşmada "Aktobe" Gürcüstanın "Şukura" klubunu yoxlama oyununda 3:2 hesabıyla məğlub edib. Qazaxıstan təmsilçisində "Qarabağ"ın keçmiş futbolçularından biri Muarem Muarem də forma geyinir.

Qeyd edək ki, Reynaldo bir müddət əvvəl Slovakiyanın "Spartak Trnava" klubuna üz tutsa da, o, burada cəmi 3 həftə qalıb.

 

Digər xəbərlər