"Qarabağ" "Sarayevo"ya uduzdu - Video

"Qarabağ" "Sarayevo"ya uduzdu - Video
Futbol
29 Yanvar 2018 - 20:22
Supersport.Az-ın məlumatına görə, Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununda Bosniya və Herseqovinanın "Sarayevo" klubuyla qarşılaşıb.

"Köhlən atlar"ın millinin düşərgəsində olan 11 üzvü bu oyunda iştirak etməyib. Baş məşqçi Qurban Qurbanov oyun zamanı millinin "sükanı arxasında" olub.

"Qarabağ" "Sarayevo"ya 0:2 hesabıyla məğlub olub.

Yoxlama oyunu

29 yanvar

18:30 "Qarabağ" (Azərbaycan) - "Sarayevo" (Bosniya və Herseqovina) 0:2

"Qarabağ": Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Donald Gerrye, Nicat Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani Kintana.


Xatırladaq ki, "Sarayevo" ilə matç "Qarabağ"ın Antalya toplanışı çərçivəsində 5-ci oyun olub.

"Köhlən atlar" daha öncə Rusiyanın "Kuban" (2:2), Polşanın "Lexiya" (1:1), Makedoniyanın "Şkupi" (0:0) və Ukraynanın "Mariupol" klublarıyla (2:3) qarşılaşıb.

 

Digər xəbərlər