Qurban Qurbanov: "Onlar özləri də narahat olarlar"

Qurban Qurbanov: "Onlar özləri də narahat olarlar"
Futbol
27 Yanvar 2018 - 12:16
Supersport.Az-ın məlumatına görə, Antalyada U-21 yığmamızın Albaniyanı bir qolla məğlub etdiyi oyunu canlı izləyən milli komandamızın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

Mütəxəssis, yığmaya çağırdığı debütantlar - Bəhlul Mustafazadə və Anton Krivotsyuk haqda da fikirlərini bildirib:

"Bu oyunçuların üzərində çox çalışmaq lazım olacaq. Desəm ki, əsas heyət üzvü kimi çıxış edəcəklər, bu, düz olmaz. Onlar özləri də narahat olarlar. İstədim ki, daha yaxından tanıyım və diqqət ayırım. İndidən millidə olmağın həyəcanını hiss etsinlər".

Digər xəbərlər