Şəhidlər yada salındı

Şəhidlər yada salındı
Futbol
19 Yanvar 2018 - 19:09

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciə qurbanlarının xatirəsi yad edilir.


Supersport.Az-ın məlumatına görə, bununla əlaqədar "Keşlə" PİK-in əməkdaşları, əsas komandanın məşqçi heyəti və futbolçuları, həmçinin klubun Uşaq-Gənclər Futbol Məktəbinin məşqçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Klub nümayəndələri şəhidlərin məzarı önünə gül dəstələri qoyublar. "Əbədi məşəl" abidə kompleksinin önündə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Digər xəbərlər