FİFA "Çelsi"yə qadağa qoya bilər
Futbol
19 Yanvar 2018 - 18:57
Supersport.Az-ın məlumatına görə, FİFA "Çelsi" ilə bağlı araşdırmaya başlayıb.
London klubu gənc futbolçuların qeydiyyatı zamanı qaydalara əməl etməməkdə günahlandırılır.
Bertran Traore 18 yaşında "zadəganlar"la peşəkar müqavilə imzalayıb. Lakin o, FİFA-nın qaydalarına zidd olaraq qeyri-rəsmi 16 görüşdə iştirak edib. Amma yeganə problem Traore ilə bağlı deyil. Ali futbol qurumu ümumilikdə 25 gənc futbolçunun qeydiyyatı zamanı klubun qaydalara riayət etməməsindən şübhələnir. Əgər "Çelsi" bu məsələdə günahkar bilinsə, kluba transfer qadağası qoyulacaq.
Xatırladaq ki, Traore ötən il "Lion"a transfer olunub.