"Qarabağ"dan alqışlanası addım

"Qarabağ"dan alqışlanası addım
Futbol
18 Yanvar 2018 - 09:48
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiya çempionatının I dvizionunda mübarizə aparan "Kuban: komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"ın heyətində  Əfran İsmayılov və Zaur Fərzəliyev fərqləniblər. "Kuban"da Malyarov dubl edib.

Matçın ilk hissəsinin sonunda maraqlı hadisə baş verib. Rəqib qapısına təyin olunan penalti zərbəsindən sonra Mahir Mədətov topu qəsdən qapıdan kənara vurub. Buna "Qarabağ"ın həmin epizodda cərimə zərbəsi olmadığını hesab etməsi səbəb olub.

"Qarabağ" (Azərbaycan) – "Kuban" (Rusiya)  2:2

Qollar: Əfran İsmayılov, 50, Zaur Fərzəliyev, 68 - Malyarov, 54, 61

Digər xəbərlər