Kamran Ağayevlə Vaqif Cavadovun klubu müəyyənləşdi

Kamran Ağayevlə Vaqif Cavadovun klubu müəyyənləşdi
Futbol
17 Yanvar 2018 - 21:20
Supersport.Az-ın məlumatına görə, "Keşlə" klubu yeni transferlərini rəsmən açıqlayıb.

Paytaxt klubu Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev, Pablo Podio və Herve Tçami ilə müqavilə bağlayıb.

29 yaşlı kamerunlu Tçame ilə 1 illik, digər futbolçular isə 6 aylıq anlaşmaya imza atıblar. Karyerasına "Hamburq"un II komandasında başlayan Tçame müxtəlif illərdə Macarıstanın "Honved", Polşanın "Poqon", Türkiyənin "Giresunspor" və Portuqaliyanın "Feyrense" kimi klublarında çıxış edib. Onun son komandası Səudiyyə Ərəbistanının "Hajer" komandası olub.

Kamran "Boavişta" və "Mlada Boleslav"dan sonra yenidən Azərbaycan çempionatına, Vaqifin isə uzun fasilədən sonra futbola qayıdıb.

Digər xəbərlər