Cenkdən uğursuz debüt, Keyndən rekord

Cenkdən uğursuz debüt, Keyndən rekord
Futbol
14 Yanvar 2018 - 10:19

Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 23-cü turunda “Tottenhem” “Everton”u darmadağın edib.


London klubu “Uembli” stadionunda rəqibinə 4:0 hesabıyla qalib gəlib.

“Everton”un yeni transferi Cenk Tosun start heyətdə meydana çıxıb, 62-ci dəqiqədə yerini Dominik Kalvert-Levinə verib.

“Tottenhem”in qollarını Hunq Min Son (26), Harri Keyn (47, 59) və Kristian Eriksen (81) vurub.

24 yaşlı ingilis futbolçu Keyn klubunun formasıyla Premyer Liqada  98-ci dəfə fərqlənərək, rekorda imza atıb. Bu uğur 97 qol vuran Teddi Şeringemə məxsus idi.

”Tottenhem” qələbədən sonra 44-cü xalını qazanıb, ardıcıl üçüncü məğlubiyyətini alan “Everton” 27 xalda qalıb.

 

Digər xəbərlər