"Barselona"dan ayrılan Arda Turanın yeni klubu müəyyənləşdi

"Barselona"dan ayrılan Arda Turanın yeni klubu müəyyənləşdi
Futbol
13 Yanvar 2018 - 15:44
Supersport.Az-ın məlumatına görə, "Barselona" Arda Turanı yola salıb.

Türk futbolçu "Medipol Başakşehir"in formasını geyəcək.

Bu haqda klubun prezidenti Göksel Gümüşdağ məlumat verib.

"Arda Turan bu gün üzərində narıncı formasıyla ölkəsinə qayıdır. Bu, "Başakşehir"in deyil, Türkiyənin transferi. Hamımız üçün xeyirli olsun".

"Barselona" klubu da Arda Turanın "Başakşehir"lə anlaşdığını bəyan edib.

2,5 illik icarəyə verilən ispan klubu futbolçuya təşəkkür edib.

"Barselona"da 55 oyuna çıxan Arda Turan bu müddətdə 6 kubok qazanıb.

Digər xəbərlər