Tanınmış futbolçu qovula bilər - dopinqə görə

Tanınmış futbolçu qovula bilər - dopinqə görə
Futbol
13 Yanvar 2018 - 10:15
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS), "Antalyaspor"un fransız futbolçusu Samir Nasrinin UEFA-nın qərarıyla bağlı etirazını rədd edib.

Avropa futbol qurumu bu haqda açıqlama yayıb:

"CAS-ın Samir Nasri haqqındakı qərarını məmnuniyyətlə qarşılayırıq. Futbolçunun şikayəti qəbul olunmayıb".

UEFA araşdrımaya davam ediləcəyini bildirib. Nasrinin dopinqdə istifadə etdiyi təqdiqlənərsə, 4 il futboldan kənarlaşdıracağı gözlənilir.

Avropa futbol qurumu, 2016-cı ildə fransız futbolçunu qadağan olunmuş preparatdan istifadə etməkdə günahlandırıb.

Nəsri, UEFA-dan istifadə etdiyi dərmanlardan müalicə məqsədilə faydalandığını qəbul etməsini istəsə də, tələbi rədd edilib. Buna görə fransız futbolçu CAS-a müraciət edib.

 

Digər xəbərlər