Azərbaycanlı futbolçu klubunu dəyişdi

Azərbaycanlı futbolçu klubunu dəyişdi
Futbol
08 Yanvar 2018 - 21:32
Supersport.Az-ın məlumatına görə, "Anji"dən ayrılan Ayaz Quliyev karyerasını "Rostov" komandasında davam etdirəcək.

"Spartak"a məxsus olan 21 yaşlı futbolçu Mahaçqala klubunda icarə əsasında çıxış edib.

"Anji"nin 2016-2017-ci il mövsümündə formasını geyinən həmvətənimiz 22 oyunda 1 qol vurub. Ayaz, Rusiyanın gənclər yığmasında 17 qarşılaşmada 3 dəfə fərqlənib.

Futbolçunun icarə əsasında "Rostov"da çıxış edəcəyi bildirilir.

Bu günlərdə Rusiya klubu dünya çempionatının final mərhələsinə vəsiqə qazanan İslandiya yığmasının hücumçusu Byorn Siqurdarsonu heyətinə cəlb edib. 26 yaşlı futbolçuyla 3.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Rostov" hazırda 25 xalla 10-cu yeri tutur.

 

Digər xəbərlər