Dünya futbolunda 3-cü ən bahalı transfer reallaşdı

Dünya futbolunda 3-cü ən bahalı transfer reallaşdı
Futbol
07 Yanvar 2018 - 21:17
Supersport.Az-ın məumatına görə, "Barselona" "Luverpul"un braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyonu heyətinə cəlb edib.

Futbolçunun keçidi 160 milyon avrodur.

"Barselona” 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, yarımmüdafiəçinin sərbəst qalması üçün 400 milyon avroluq məbləğ müəyyənləşdirilib.

Bu, "Barselona"nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.

2013-cü ildə 10 milyon avro müqabilində "Liverpul”a transfer edilən futbolçu bu klubun heyətində 201 matçda 54 qol vurub.

 

Digər xəbərlər