Tanınmış mütəxəssisimiz vəfat etdi - Şəkillər

Tanınmış mütəxəssisimiz vəfat etdi - Şəkillər
Digər, Güləş, Cüdo, Foto
07 Yanvar 2018 - 20:14
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın əməkdar məşqcisi, cüdo, sambo və güləş üzrə SSRİ idman ustası, dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçısı Ziyabil Abbasov vəfat edib.
Gəncə cüdo və sambo məktəblərinin banilərindən biri olan mütəxəssis dünya və Avropa çempionlarının ərsəyə gəlməsində misilsiz xidmətləri olub.
Dəyərli idmançı və məşqçi olması ilə yanaşı, 170 kq çəkisi olan bu nəhəng pəhləvan çox mehriban, ürəyi yumşaq və kövrək bir insan idi.

Allah rəhmət eləsin!

Digər xəbərlər