"Binə" baş məşqçini istefaya göndərdi

"Binə" baş məşqçini istefaya göndərdi
Futbol
18 Dekabr 2017 - 21:16
"Binə" baş məşqçisi Mehman Babayevlə qarşlıqlı razılaşmaya əsasən yolları ayırıb.

Klub bununla bağlı məlumat yayıb.

"Klub xidmətlərinə görə Mehman Babayevə təşəkkür edir, eyni zamanda da bundan sonrakı müddətdə də dəyərli məsləhətləri ilə "Binə"mizin yanında olacaq Mehman Babayevə gələcək karyerasında uğurlar arzu edirik".

Qeyd edək ki, Mehman Babayevin rəhbərliyi altında birinci divizionun 2017/2018 mövsümünün ilk yarısını ikinci pillədə başa vuran komanda Azərbaycan Kubokunda isə mübarizəni 1/8 finalda dayandırıb.

 

Digər xəbərlər